...

Musa Pənahov: Rusiya Azərbaycan vasitəsilə Gürcüstandan 400 vaqon hərbi texnika və avadanlıq daşıyacaq

Siyasət Materials 3 May 2006 19:17 (UTC +04:00)
Musa Pənahov: Rusiya Azərbaycan vasitəsilə Gürcüstandan 400 vaqon hərbi texnika və avadanlıq daşıyacaq

Rusiya 2006-cı il üçün Azərbaycan vasitəsilə Gürcüstandan 400 vaqon hərbi texnika və avadanlığın daşınması ilə əlaqədar ölkə rəhbərliyinə müraciət edib. Rusiya bu hərbi texnika və avadanlığı Gürcüstanda ləğv edilən bazalarından çıxarır. Bu barədə Trend ə Azərbaycan nəqliyyat nazirinin birinci müavini Musa Pənahov bildirib.

Bu yüklər Azərbaycana Gürcüstan-Azərbaycan sərhədindəki Böyük-Kəsik stansiyasından daxil olacaq və Yalama sərhəd stansiyası vasitəsilə Rusiyaya çatdırılacaq.

Təhlükəli yüklərin daşınması dünyada və MDB-də qəbul olunmuş nomalara, eləcə də Azərbaycanda qəbul olunmuş normativlərə uyğun həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti