...

Demokratik İslahatlar Partiyası təkrar parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb

Siyasət Materials 16 May 2006 19:04 (UTC +04:00)

Mayın 16-da Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, mayın 13-də Milli Məclisə keçirilmiş təkrar seçkilər müzakirə olunub.

Partiya sədri Asim Mollazadə Litva və Almaniya səfərləri barədə Siyasi Şura üzvlərinə məlumat verib. Siyasi Şura 13 may seçkiləri ilə bağlı partiyanın mövqeyini açıqlayıb. Bu barədə sənəddə deyilir: "Demokratik İslahatlar Partiyası mayın 13-də Azərbaycanda keçirilən seçkilərdə irəliyə doğru müəyyən inkişafın olduğunu qeyd edir və beynəlxalq təşkilatların, o cümlədən, ATƏT-in və Avropa Şurasının seçki missiyalarının baxışlarını bölüşür. Eyni zamanda partiya Azərbaycanda seçki sisteminin mükəmməl olmadığını, mövcud seçki qanunvericiliyində dəyişikliklərə ehtiyac duyulduğunu və seçki komissiyalarının siyasi partiyaların monopoliyasında olduğunu qeyd edir. Partiya hesab edir ki, Azərbaycan seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və qanunvericilikdəki çatışmazlıqların aradan qaldırılması istiqamətində Ienetsiya Komissiyası ilə əməkdaşlıq etməlidir".

Demokratik İslahatlar Partiyası həmçinin, Azərbaycanın seçki sistemi və seçki qanunvericiliyində islahatların aparılmasının zəruri olduğunu bildirir, onun Avropanın seçki qanunvericiliyi və seçki sistemi ilə uyğunlaşdırılmasını vacib sayır. Artıq partiya bu barədə öz təkliflərini cəmiyyətə təqdim edib.

Xəbər lenti

Xəbər lenti