...

İlham Əliyev Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun əməkdaşlarını təbrik edib

Siyasət Materials 9 İyun 2006 17:31 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Prezident İlham Əliyev Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun kolektivini institutun 60 illiyi münsibətilə təbrik edib.

Təbrik məktubunda dövlət başçısı yazır: "Sizi on illər ərzində Azərbaycan xalqının sağlamlığının keşiyində duran institutun yaradılmasının 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Elmi tədqiqat institutu diaqnostika, profilaktika və müxtəlif göz xəstəliklərinin müalicəsi sahəsində geniş araşdırmalarla yanaşı, bütün tibb müəssisələri üçün kadrlar hazırlayan bazadır. Yüzlərlə adamın görmə qabiliyyəti qaytarılıb".

Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Ümnisə Musabəyova, Zərifə Əliyeva, nazim Əfəndiyev, Zöhrə Quliyeva kimi görkəmli alim və həkimlər yetişdirmiş Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu respublikanın səhiyyə sahəsinə töhfə verməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti