...

İlham Əliyev: "BMT qərarlarının icra mexanizmlərini yenidən formalaşdırmaq lazımdır"

Siyasət Materials 19 İyun 2006 11:51 (UTC +04:00)

"Hazırda Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyətindədir. Ancaq digər variantlar da masa üzərində olmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 19-da Bakıda İKT ölkələri XİN başçılarının 33-cü sessiyasının açılışında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini təklikdə həll edə bilməz. Bu gün Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal olunub və ölkədə 1 milyondan çox qaçqın var. İşğal olunmuş ərazilərdə evlər və infrastruktur, qəbirlər, məscidlər və tarixi abidələr dağıdılır ki, bu da görünməmiş vandalizm aksiyasıdır, - deyə prezident əlavə edib.

İlham Əliyev qeyd edib ki, bu münaqişə ilə əlaqədar BMT tərəfindən 4 qətnamə qəbul olunub. Ancaq bu sənədlər yerinə yetirilmir. "Hazırda BMT öz qərarlarının icrası üçün effektiv mexanizmə malik deyil. Bu gün BMT-nin yenidən formalaşdırılması ilə bağlı söhbətlər gedir və mən hesab edirəm ki, ilk növbədə qərarların icra mexanizmlərini yenidən formalaşdırmaq zəruridir. Eyni zamanda yerinə yetiriləcək qərarlar qəbul olunmalıdır", - deyə dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti