...

İlham Əliyev: "Bu gün Azərbaycan iqtisadi inkişafa görə dünya liderləri sırasına daxildir"

Siyasət Materials 19 İyun 2006 14:08 (UTC +04:00)

"Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından dünya liderləri sırasına daxildir. Ötən il ÜDM-in artımı 26% təşkil edib. Cari ilin ilk 5 ayı ərzində isə bu göstərici təxminən 40%-ə bərabər olub". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev İKT ölkələri XİN başçılarının 33-cü sessiyasında bəyan edib.

Prezidentin sözlərinə görə, respublikada sənaye istehsalının da inkişafı yüksək səviyyədədir.

"Azərbaycan iqtisadi baxımdan son dərəcə dinamik inkişaf edən ölkədir və bu, bizim üçün yeni imkanlar yaradır", - deyə İlham Əliyev bildirib. 15 il əvvəl müstəqillik əldə etməsinə baxmayaraq respublikanın mövqeyi güclənir. Ölkənin müstəqil siyasəti Azərbaycan xalqının maraqlarına xidmət edir", - deyə o qeyd edib.

"Azərbaycan həm də müxtəlif beynəlxalq və regional layihələrin iştirakçısı, eyni zamanda təşəbbüsçüsüdür", - deyə ölkə prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti