...

İranın xarici işlər naziri: İKT ölkələri Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

Siyasət Materials 20 İyun 2006 17:35 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İKT) Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Trend agentliyinin məlumatına əsasən, iyunun 20-də İranın xarici işlər naziri Manuçöhr Möttəki Bakıda mətbuat konfransında bəyan edib.

"İKT Xarici İşlər Nazirləri Şurasının 33-cü iclasının bütün iştiarkçıları Dağlıq Qarabağ mələsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bildiriblər" - deyə M.Möttəki qeyd edib. O, prezident İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla keçirilmiş danışıqlardan razılıq edib.

"Tehran Azərbaycanla, xüsusilə, iqtisadiyyat sahəsində genişləndirilmiş əlaqə istəyir" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti