...

Bələdiyyə seçkiləri ilə bağlı 161 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 12 İyul 2006 18:46 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 1525 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin şəxslərdən 1462 nəfəri imza vərəqi götürüb. Seçki sənədlərini təqdim edənlərin sayı isə 325 nəfərdir.

161 nəfərin namizədliyi qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 79 nəfəri bitərəf, 73-ü Yeni Azərbaycan Partiyasının, 4-ü AXCP-nin, 2-si Sosial Rifah Partiyasının üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyi verib.

Qeyd edək ki. bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti