...

AXCP-də Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 17-ci ildönümü qeyd olunub

Siyasət Materials 15 İyul 2006 14:39 (UTC +04:00)

İyulun 15-də Azərbacan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 17-ci ildönümü qeyd olunub. Trend in məlumatına görə, bu münasibətlə əvvəlcə partiyanın Ali Məclisinin sessiyası keçirilib.

Əsasən yubileyə həsr olunmuş Ali Məclisinin sessiyasında həm də ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. AXCP sədri Əli Kərimli məruzə ilə çıxış edib. O, partiyanın Azərbaycandakı siyasi duruma, jurnalistlərə qarış edilən təzyiqlərə, "Yeni Fikir" Gənclər təşkilatının rəhbərlərinə qarşı çıxarılan məhkəmə hökmünə, Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarının indiki mərhələsinə dair AXCP-nin mövqeyini diqqətə çatdırıb. Sonra partiyanın bu kimi məsələlər barədə möqeyini ifadə edən bəyanatlar qəbul olunub.

Sessiyada AXC-nin yaradılmasının 17-ci ildönümü də qeyd edilib, 1989-cu ildən başlanmış milli hərəkat, Azərbaycanın müstəqilliyini əldə etməsi prosesi barədə danışılıb. Ali Məclisin iclasından sonra partiya rəhbərliyi və fəalları Fəxri Xiyabanda milli azadlıq hərəkatının lideri, AXC-nin yaradıcısı Əbülfəz Elçibəyin məzarı ziyarət ediblər.

Ziyarətdən sonra AXCP-də yubiley tədbiri keçiriləcək. AXCP rəhbərliyinin partiyanın rayon şöbələrinin rəhbərləri, fəal üzvləri ilə görüşü olacaq, ildönüm qeyri-rəsmi formada qeyd ediləcək.

Xəbər lenti

Xəbər lenti