...

ABŞ səfiri Azərbaycan sülhməramlıları ilə görüşüb

Siyasət Materials 19 İyul 2006 19:57 (UTC +04:00)
ABŞ səfiri Azərbaycan sülhməramlıları ilə görüşüb

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi iyulun 18-də İraqdan qayıtmış Azərbaycan sülhməramlılarına təşəkkür sertifikatları verib. Bu barədə Trend ABŞ səfirliyinə istinadən xəbər verir.

Sülhməramlıların baş qərargahında keçirilən mərasimdə səfir deyib ki, o da İraqın azad edilməsi əməliyyatının veteranıdır.

"Mən İraqdakı xidmət zamanı nümayiş etdirdiyiniz sədaqətinizə görə sizə minnətdaram" - deyə o vurğulayıb.

Səfir bütün dünyada sülhün qorunub saxlanması və demokratiyanın inkişafında Azərbaycanın rolunu qeyd edib. Bir neçə sülhməramlı İraq və Əfqanıstanda ABŞ və Azərbaycan sülhməramlı qüvvələr arasındakı əməkdaşlıqdan razılıq ifadə edib.

Xəbər lenti

Xəbər lenti