...

İran-Azərbaycan hökumətlərarası iqtisadi, ticarət və humanitar əməkdaşlıq komissiyasının yeni tərkibi təsdiqlənib

Siyasət Materials 26 İyul 2006 11:51 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev İran-Azərbaycan hökumətlərarası iqtisadi, ticarət və humanitar əməkdaşlıq komissiyasının yeni tərkibini (Azərbaycan tərəfdən) təsdiqləyib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov komissiyanın başçısı təyin olunub. Komissiyanın tərkibinə Xarici İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası, Dövlət Sərhəd Xidməti, İqtisadi İnkişaf, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Dövlət Gömrük Komitəsi, ARDNŞ, Milli Bank, Azərbaycan Dəmir Yolu İdarəsi, Dəniz Gəmiçiliyi, "Azəriqaz" və "Azərenerji" SC nümayəndələri, o cümlədən Azərbaycanın İrandakı səfiri də daxildir.

Xəbər lenti

Xəbər lenti