...

Ayətullah Xamneyi: "Dünyanın super gücləri heç bir zaman müsəlmanların mənafeyini nəzərə almayacaq"

Siyasət Materials 9 Avqust 2006 16:00 (UTC +04:00)

"Bu gün Livan xalqının üzləşdiyi çətinlik və problemlər hər bir müsəlman ölkəsinin qarşısına çıxa bilər. Buna görə də islam ümməti başa düşməlidir ki, dünyanın super gücləri heç bir zaman onların mənafeyini nəzərə almayacaq və islam ümməti öz varlığını qoruyub saxlamaq üçün öz gücünü və birliyini artırmalıdır". Trend in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İranın ali dini lideri Həzrət Ayətullah Seyid Əli Xamneyi xalqın müxtəlif təbəqələri ilə görüşündə səsləndirib.

Ayətullah Xamneyi bildirib ki, bu gün Livan "Hizbullah"ına dəstək və yardım bütün islam aləmi üçün vacib məsələdir. Onun sözlərinə görə, ABŞ, İsrail, İngiltərə və digər bəzi Avropa dövlətləri regionda islamın köklərini məhv etməyə çalışır. Xamneyi Livanda xalq müqavimətini və "Hizbullah"ın mübarizəsini islamın müqavimət nümunəsi kimi qiymətləndirib. Dini lider həmçinin deyib ki, sünni və şiə müsəlmanları arasında ziddiyyətlər yaradılması düşmənlər tərəfindən müsəlmanları yıxmaq üçün istifadə olunan ənənəvi vasitədir.

Xəbər lenti

Xəbər lenti