...

Abbasəli Həsənov: İranda baş vermiş avtobus qəzası qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur

Siyasət Materials 28 Avqust 2006 18:43 (UTC +04:00)
Abbasəli Həsənov: İranda baş vermiş avtobus qəzası qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur

İranda baş vermiş avtobus qəzası qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bəyan edib.

Xatırladaq ki, avqustun 26-da İranın Məşhəd şəhərindəki rayonda turist avtobusunun qəzaya uğraması nəticəsində 24 nəfər həlak olub. Yerli orqanların bildirdiyinə görə, həlak olanların sayı hələ müəyyən edilir. Faciənin səbəbləri araşdırılır. İran KİV-nin məlumatına görə, faciə hələlik aydınlaşdırılmamış səbəblərlə əlaqədar avtobusun çevrilməsi nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti