...

Şamaxıda bələdiyyə seçkiləri ilə bağlı seminar-müşavirə keçirilib

Siyasət Materials 28 Avqust 2006 20:23 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Prezidentin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası ilə birgə silsilə tədbirlər həyata keçirir. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Bu tədbirlər çərçivəsində Şamaxıda "Cəmiyyətin demokratikləşməsi prosesində yerli özünüidarəetmə orqanlarının rolu" mövzusunda regional seminar-müşavirə keçirilib. Tədbirdə MSK-nın, Ədliyyə Nazirliyinin, həmçinin, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, İsmayıllı, Kürdəmir, Qobustan rayonlarının icra hakimiyyəti, bələdiyyə, məhkəmə, prokurorluq, polis orqanları və müvafiq seçki komissiyalarının nümayəndələri iştirak edib.

Ombudsman Elmira Süleymanova çıxışında insan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolundan, onların öz hüquq və səlahiyyətlərindən danışıb, Azərbaycanın da qoşulduğu beynəlxalq sənədin öhdəliklərinin prinsiplərini diqqətə çatdırıb. E.Süleymanova Ombudsman Aparatına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan şikayətlərin mahiyyəti barədə məlumat verib, həmçinin, bələdiyyələrin işində qarşıya çıxan problemlərdən danışıb. O, seçki hüququnun əhəmiyyətini, onun insan hüquqları sırasındakı yerini xarakterizə edərək, dövlətin və xalqın həyatında mühüm rol oynadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti