...

Polşa XİN başçısının Azərbaycana səfəri təxirə salınıb

Siyasət Materials 1 Sentyabr 2006 13:46 (UTC +04:00)

Polşa XİN başçısı Anna Fotıqanın sentyabrda Azərbaycana planlaşdırılmış rəsmi səfəri təxirə salınıb. Bu barədə Trend ə Polşanın ölkəmizdəki səfirliyinin müşaviri Voytsex Quretski məlumat verib.

Onun sözlərinə görə, səfərin oktyabrda həyata keçirilməsi planlaşdırılır. Yaxın vaxtlarda tərəflər Polşa XİN başçısının Azərbaycana səfərinə hazırlığa başlayacaq. Səfər tanışlıq xarakteri daşıyacaq. Belə ki, Anna Fotıqa bu vəzifəyə bu yaxınlarda təyin olunub. Daha əvvəl isə onun sələfi Stefan Meller Azərbaycana səfər etməyi planlaşdırırdı. Ancaq o, öz vəzifəsindən istefa verib.

Xatırladaq ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı perspektivlərinin müzakirəsi planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti