...

Lalə Şövkət: "Qurultayda Liberal Partiyanın mövqeyində strateji dəyişiklik olacağını zənn etmirəm"

Siyasət Materials 18 Sentyabr 2006 15:10 (UTC +04:00)

"Liberal Partiyasının növbəti qurultayında partiyanın siyasi, ideoloji kursunda ciddi dəyişiklik ediləcəyini düşünmürəm". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət bildirib.

O qeyd edib ki, Liberal Partiyasında növbəti qurultaya hazırlıq gedir. Lalə Şövkətin sözlərinə görə, qurultay 3-4 aya keçiriləcək: "Rayon təşkilatlarında konfranslar başa çatdıqdan sonra qurultayın günü təyin olunacaq. Qurultay ya bu ilin sonunda, ya da gələn ilin ilk ayında olacaq. Qurultayda Liberal Partiyasına sədr seçiləcək. Bu, çox mühüm məsələdir, çünki alternativ namizədlərin iştirakı ilə partiyaya sədr seçilməlidir. Partiyanın mövqeyində ciddi strateji dəyişiklik olacağını isə zənn etmirəm"-deyə Lalə Şövkət qeyd edib.

O, həmçinin əlavə edib ki, partiyada liderlik postu saxlanılacaq. Özünün partiya tərəfindən lider seçildiyini deyən Lalə Şövkət artıq Liberal Partiyanın sədri olmayacağını bildirib.

Qeyd edək ki, sabiq dövlət katibi Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir.

Xəbər lenti

Xəbər lenti