...

DAK sədrinin Azərbaycana səfəri oktyabrda baş tutacaq

Siyasət Materials 28 Sentyabr 2006 12:42 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxtinin Bakıya səfəri oktyabrda baş tutacaq. Bu barədə Trend ə DAK Məclisinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, C.Derəxtinin Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun təşəbbüsü ilə sentyabrın 12-də Bakıda keçirilən "Güney Azərbaycan Milli Hərəkatı" Beynəlxalq Forumunda iştirakı gözlənilirdi. Lakin Bakıda planlaşdırılan görüşlərin vaxtı dəqiqləşmədiyindən səfər baş tutmayıb.

S.Rüstəmxanlı qeyd edib ki, C.Derəxti Bakıya səfəri çərçivəsində DAK-ın dekabrın 9-11-də Brüsseldə keçiriləcək IX qurultayına hazırlıq işləri ilə tanış olacaq: "Eyni zamanda o, bir sıra dövlət rəsmiləri, siyasi partiya liderləri ilə də görüşlər planlaşdırıb".

Xatırladaq ki, DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda isə Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda isə DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti