...

Gəncədə bu il 12 nəfər QİÇS-ə yoluxub

Siyasət Materials 6 Oktyabr 2006 16:27 (UTC +04:00)

Gəncədə QİÇS xəstəliyinə tutulanlardan yenidən qan analizləri götürülür. Bu barədə məlumatı Trendə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən veriblər. Bunun səbəbi QİÇS-lə Mübarizə Mərkəzinin Gəncədən olan xəstələrin sayına şübhə ilə yanaşmasıdır. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Almaz Tomuyevanın verdiyi məlumata görə, 2006-cı ilin 9 ayı ərzində Gəncədə QİÇS-ə 12 nəfər yeni yoluxan şəxs qeydə alınıb və xəstələrin sayı 32 nəfərə çatıb. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə Gəncədə 4 nəfər bu xəstəliyə yoluxub və say 20-yə çatıb.

Müsahib onu da bildirdi ki, Qazanılımış İmmun Çatışmazlığı Virusuna yoluxanların demək olar ki, əksəriyyəti Rusiyaya işləməyə gedib-gələn gənclərdir.

Xəbər lenti

Xəbər lenti