...

Səfir: Azərbaycan-Yaponiya birgə iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası hazırlanır

Siyasət Materials 14 Noyabr 2006 19:39 (UTC +04:00)
Səfir: Azərbaycan-Yaponiya birgə iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası hazırlanır

Azərbaycan-Yaponiya birgə iqtisadi əməkdaşlıq komissiyasının növbəti IV iclası hazırlanır. Bu haqda Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe Trend -ə məlumat verib.

Səfir bildirib ki, iclasın 21-23 noyabrda Bakıda keçiriləcəyi planlaşdırılır. İclasda iştirak etmək məqsədilə tərkibinə hökümət, eyni zamanda şəxsi sektor nümayəndələrinin daxil olduğuYaponiyanın hökümət nümayəndə heyətinin səfəri planlaşdırılır. Nümayəndə heyətinə "İTOCU" şirkətinin vitse-prezidenti Ykota Akira rəhbərlik edəcək.

Səfir məlumat verib ki, heyətin tərkibinə Yaponiyanın 40-a yaxın şəxsi sektor nümayəndəsi daxil olacaq.

Azərbaycan tərəfindən komissiyaya baş nazirin müavini Abid Şərifov rəhbərlik edəcək. Komissiyanın sonuncu iclası 2001-ci ildə keçirilib.

Xəbər lenti

Xəbər lenti