...

QİƏT PA ölkələri mədəni müxtəliflik sahəsində əməkdaşlığın inkişafında səylərini birləşdirəcək

Siyasət Materials 23 Noyabr 2006 13:18 (UTC +04:00)

QİƏT PA ölkələri mədəni müxtəliflik sahəsində əməkdaşlığın inkişafında səylərini birləşdirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının bu gün Bakıda keçirilən plenar sessiyasında bəyan ounub.

İclasda Olqa Seliverstovanın (Rusiya) təqdimatında QİƏT PA-nın Mədəniyyət, Təhsil və Sosial Məsələlər üzrə Komitəsinin "Mədəni müxtəliflik üçün potensial təhlükə və qloballaşma prosesi" adlı məruzəsi dinlənilib.

İclas iştirakçıları "QİƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması yolları" mövzusunda da muzakirələr aparıb.

Bakı sessiyasında QİƏT PA ölkələrinin parlament nümayəndə heyətləri, QİƏT Daimi Beynəlxalq Katibliyinin baş katibi, o cümlədən QİƏT ailəsinin Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi, Qara dəniz Universitetləri şəbəkəsi və QİƏT- URTA kimi digər təşkilatlar iştirak edir. Müşahidəçilər və qonaqlar arasında Fransa Milli Yıığıncağı və Senatı, İsrail Dövlət Knesseti, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyasının Avropa Parlamenti, Belarus Respublikası Milli Yığıncağı, MDB Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Yığıncağı İttifaqı, Avrasiya İqtisadi Komitəsinin Parlamentlərarası Yığıncağı və İslam İttifaqı Təşkilatının üzv dövlətlərinin Parlament İttifaqı nümayəndələri iştirak edir.

Xatırladaq ki, 1993-cü ildə QİƏT-in parlament qurumu kimi yaradılmış Assambleya təşkilata üzv 12 ölkənin - Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Serbiya, Rusiya, Albaniya, Gürcüstan, Ermənistan, Moldova, Yunanıstan və Ukrayna parlamentlərinin üzvlərini birləşdirir. Misir Xalq Yığıncağı, Fransa Parlamenti, Alman Bundestaqı, İsrail Dövlət Knesseti, Slovakiya Milli Şurası və Belarus Milli Yığıncağı QİƏT PA-da müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti