...

Elçin Quliyev: Azərbaycan-Gürcüstanın Delimitasiya Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 28 Noyabr 2006 14:51 (UTC +04:00)

Azərbaycan-Gürcüstanın Dövlət Sərhədlərinin Delimitasiya və Demarkasiyası üzrə dövlət komissiyasının növbəti iclası Bakıda keçiriləcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev məlumat verib.

"Komissiyanın Gürcüstanda keçirilən son görüşündə ciddi irəliləyişlər əldə edilib. Əgər delimitasiya işləri başlandığı müddətdən cəmi təqribən 90 kilometr məsafə haqqında müsbət qərar qəbul edilmişdisə, təkcə son görüşqdə 210 kilometrlik məsafənin müqəddəratı həll olundu. Delimitasiya komissiyaları bu məsələdə önəmli qarşılıqlı nəticələr əldə etdilər. Hesab edirəm ki, delimitasiya məsələlərində ciddi problemlər mövcud deyil, sadəcə razılaşdırılmamış ərazilər var ki, bununla bağlı da biz ümumi razılıq əldə edə biləcəyik. O ki, qaldı Rusiya ilə delimitasiya işlərinin aparılmasına, burada da irəliləyişlər mövcuddur", - deyə E.Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, hazırda dövlət sərhədində ümumi vəziyyət sabitdir və ciddi narahat edəcək hallar qeydə alınmayıb. Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələri isə durmadan inkişaf etməkdədir. "Biz Xəzəryanı dövlətlərin hər biri ilə əməkdaşlığı yüksək səviyyədə davam etdiririk. Bu əməkdaşlıq həm problemlərin yaranmasının qarşısını alır, həm də texniki mükəmməlləşdirmə imkanları yaradır" - deyə o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti