...

Əli Əhmədov: "Mətbuat orqanlarından qanunlara riayət edilməsini tələb etmək söz azadlığına təzyiq göstərmək deyil"

Siyasət Materials 30 Noyabr 2006 12:30 (UTC +04:00)
Əli Əhmədov: "Mətbuat orqanlarından qanunlara riayət edilməsini tələb etmək söz azadlığına təzyiq göstərmək deyil"

"Azərbaycanda söz və mətbuat azadlığının durumunun pisləşməsi barədə fikirləri ciddi qəbul etmirəm. Mətbuat orqanlarından qanunlara riayət edilməsini tələb etmək heç də söz və mətbuat azadlığına təzyiq göstərmək deyil". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan demokratik, hüquqi dövlət olaraq hər kəsdən qanunlara hörmətlə yanaşılmasını tələb edir. Əli Əhmədovun fikrincə, əgər kimdənsə qanunları yerinə yetirməsi tələb olunursa, bunu heç bir halda söz və mətbuat azadlığına qarşı çevrilən tədbir kimi qiymətləndirmək düzgün deyil: "Azərbaycanda kifayət qədər mətbuat, televiziya orqanları fəaliyyət göstərir. Mətbuat orqanlarının əksəriyyəti müxalifət mövqeyində dayanan qəzetlərdir. Onlar heç bir təzyiq görmədən açıq şəkildə fəaliyyət göstərirlər. Amma bu söz-söhbətlər qanunlara riayət etməyə alışmayan qəzetlərdən qanunlara hörmət göstərilməsi tələb olunan zaman qaldırdıqları hay-küydən başqa bir şey deyil"-deyə YAP funksioneri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti