...

AŞ PA Siyasi Komitəsi Bakıda Azərbaycandakı durumu müzakirə edəcək

Siyasət Materials 8 Dekabr 2006 14:01 (UTC +04:00)
AŞ PA Siyasi Komitəsi Bakıda Azərbaycandakı durumu müzakirə edəcək

Dekabrın 11-12-də Bakıda Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilən

AŞ PA Siyasi Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Trend ə müsahibəsində bildirib.

O qeyd edib ki, tədbirə Avropa Şurasından 60-a yaxın deputat və 20 ekspert qatılacaq. Görüşün gündəliyinə bir sıra məsələlər daxildir - Çernoqoriyanın AŞ-ya üzvlüyü, Kosovadakı vəziyyət, İranın nüvə proqramı, AŞ ölkələrində demokratiya və insan haqları məsələləri, Çeçenistanda vəziyyət. Bu görüşdə müzakirə olunacaq daha bir vacib məsələ neftin Avropaya təsir göstərmək vasitəsi kimi istifadəsi olacaq.

Görüşün ikinci günü Orta Asiya ölkələri üzrə müzakirələr olacaq. Qazaxıstan, Qığızıstan və Özbəkistandan ekspertlər iştirak edəcək.

Həmçinin Avropa-Azərbaycan-Orta Asiya və demokratiya çərçivəsində dinləmələr olacaq. Siyasi komitənin üzvləri, eləcə də Azərbaycanın rəsmi şəxsləri öz fikirlərini bildirəcəklər. Azərbaycanın adından görüşdə əsasən xarici işlər naziri və digər rəsmi şəxslər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti