...

Azərbaycan Respublikasının prezidenti İstiqlal muzeyi və İstiqlal abidəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 18 Dekabr 2006 20:26 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İstiqlal muzeyi və İstiqlal abidəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Trend AzTV-yə istinadən xəbər verir ki, sərəncamda Azərbaycan respublikasının keçdiyi tarixi yol qeyd edilir, Azərbaycan xalqının 1918-ci ildə Şərqdə ilk demokratik respublika qurduğu, 1991-ci ildə isə ölkənin öz müstəqilliyini yenidən bərpa etdiyi vurğulanır. 1993-cü ildə isə milli lider Heydər Əliyevin rəhbərliyi ilə səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfisinə uyğun olaraq Azərbaycan demokratik keçid yoluna qədəm qoyub.

Prezidentin sərəncamı Bakı şəhərində İstiqlal muzeyi və İstiqlal abidəsi ucaldılmasını nəzərdə tutur. İstiqlal abidəsinin ucaldılması üçün açıq beynəlxalq müsabiqə elan olunması qərara alınıb. Müsabiqənin qalibləri üçün 100 min, 50 min və 20 min manat məbləğində birinci, ikinci və üçüncü dərəcəli mükafatlar təsis edilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti