...

BVF Azərbaycanda enerji daşıyıcılarının qiymətinin qalxmasına dair öz rəsmi mövqeyini bildirib

Siyasət Materials 18 Yanvar 2007 16:41 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda enerji daşıyıcılarının qiymətlərində baş verən son artım və inflyasiyanın artım templərinə təsirə öz münasibətini bildirib.

Trend BVF-in cümə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, enerji daşıyıcılarının qiymətinin qalxmasının digər istehlak mallarının qiymətinə təsir göstərməsi sual doğurur.

BVF ekspertləri güman edir ki, enerji qiymətlərindəki dəyişikliklərin birbaşa təsirini inflyasiya prosesindən ayırmaq lazımdır.

BIF əməkdaşlarının hesablamalarına görə, enerji daşıyıcıları və kommunal xidmət tariflərində aparılan son tənzimləmələrin istehlak qiymətlərinin indeksinə birbaşa təsiri qiymətlərin təqribən 4-5% həddində bir dəfəlik atımı ilə məhdudlaşacaq.

Bir müddət sonra enerji daşıyıcılarının bahalaşması digər istehlak qiymətlərinə də təsir edə bilər, lakin hesablamalar göstərir ki, bu təsir birbaşa təsirdən daha az olacaq.

Qiymətlərin bu cür bir dəfəlik kombinə edilmiş artımını tələbin genişlənməsi ilə bağlı yaranan təzyiqlərin nəticəsi olan davamlı inflyasiyadan fərqləndirmək lazımdır. Belə təzyiqlər mal və xidmət təklifinin genişlənməsinin artan tələblə ayaqlaşa bilməməsi üzündən baş verir.

Keçən həftə bir çox istehlak mallarının qiymətində məlumat verilən 10-15% yüksəliş enerji daşıyıcılarının bahalaşması ilə əsaslandırıla biləcək səviyyədən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu cür qiymət artımı daha çox Azərbaycan hökumətinin 2006-cı ildə həyata keçirdiyi ekspansionist makroiqtisadi və gəlir siyasətlərinin nəticəsidir.

Fondun digər hesablamalarına görə, 2006-cı ildə hökumətin icmal xərclərinin həcmi təqribən 76% artıb; 2006-cı ildə dövlət sektorunda əhəmiyyətli əmək haqqı artımlarına üstəlik minimum əmək haqqı 2007-ci il yanvarın 1-də 33% qaldırılıb və 2006-cı ildə manatla pul kütləsində 133% səviyyəsində sıçrayış baş verib.

"Bütün bu amillər nisbətən kiçik olan qeyri-neft sektorunda tələblə bağlı təzyiqləri əhəmiyyətli dərəcədə gərginləşdirərək inflyasiyanın xeyli yüksəlməsinə səbəb olub. Enerji daşıyıcıları və kommunal xidmət tariflərinin tənzimlənməsi ekspansionist siyasətin davam etdirilməsi sayəsində artıq öz mövqeyini yaxşı möhkəmlətmiş inflyasiya gözləntilərini yalnız intensivləşdirə bilərdi", - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, enerji daşıyıcıları qiymətlərinin tənzimlənməsi enerji istehlakına ayrılan ünvansız subsidiyaların iqtisadi inkişaf və yoxsulluğun azaldılması ilə bağlı ümdə ehtiyaclara yönəldilməsi istiqamətində maliyyə resurslarının yenidən paylaşdırılması kimi mühüm faydalar gətirir. Lakin bu cür faydalardan maksimum istifadə etmək üçün bir sıra mühüm köməkçi tədbirlər görülməlidir:

- Azərbaycanda inflyasiya müvafiq makroiqtisadi və gəlir siyasətlərinin köməyilə təxirə salınmadan nəzarət altına alınmalıdır ki, potensial olaraq təhlükəli olan qiymət və əmək haqqı spiralından yayınmaq mümkün olsun. İqtisadi siyasətin həlledici əhəmiyyətli elementlərinə fiskal ekspansiya (kəskin artan büdcə xərcləri) tempinin məqbul səviyyəyə endirilməsi və monetar siyasətin sərtləşdirilməsi daxil edilməlidir. Bu tədbirlər mal və xidmət təklifi ilə əhali və müəssisələrin nominal alıcılıq qabiliyyətləri arasındakı balansı yenidən bərpa etmək üçün həlledici əhəmiyyət kəsb edir. Bundan başqa, Azərbaycanda qiymətlərin bahalaşmasına öz töhfəsini verən inhisarçılıq təcrübələrinin aradan qaldırılması üçün daha yaxşı əlaqələndirilmiş və səmərəli tədbirlər görülməlidir.

- Hökumət enerji daşıyıcılarının qiymətindəki son bahalaşmaların aşağıdakı tədbirlərlə paralel baş verməsini təmin etməlidir: kommunal xidmətlərin keyfiyyəti yüksəldilməlidir. Bunun üçün dövlət müəssisələrində korporativ idarəetmə və maliyyə intizamının yaxşılaşdırılması üçün təcili addımlar atmaq lazım olacaq və ünvanlı sosial yardım proqramı çərçivəsində xüsusi ehtiyaclı qruplara onların yaşayış səviyyələrinin pisləşməməsi üçün son qiymət artımlarını tam kompensasiya edən vəsaitin ayrılması təmin edilməlidir.

Xəbər lenti

Xəbər lenti