...

Naxçıvan MR-in daha 2 qazpaylayıcı stansiyasında qızdırıcı cihazlar quraşdırılacaq

Siyasət Materials 5 Fevral 2007 16:35 (UTC +04:00)

Naxçıvan MR-in qazpaylayıcı stansiyalarında qaz qızdırıcı cihazlar quraşdırılacaq. Trend in Naxçıvan Bürosu bu barədə "Naxçıvanqaz" MMC-yə istinadən xəbər verir.

Məlumata görə qızdırıcı cihazların, sərt qış aylarında qazın donmasının qarşısını alınması və mənzillərin mavi yanacaqla fasiləsiz təminatı üçün Culfa və Güznüt qazpaylayıcı stansiyalarında quraşdırılacaq. Hazırda Ukrayna istehsalı olan bu avadanlıq yalnız Naxçıvan Qazpaylayıcı Stansiyasında quraşdırılıb.

Məlumatda o da qeyd olunur ki, qaz xətlərinin çəkilişi zamanı fərdi həyət evlərinin və binaların girişində İran İslam Respublikasında istehsal olunan qaz tənzimləyiciləri quraşdırılır ki, bu cihaz yüksək təzyiqlə gələn qazın həcmini 0,3 atmosferə endirərək məişətdə istifadə ediləcək həddə salır.

Xəbər lenti

Xəbər lenti