...

Azərbaycan Dövlət Neft Şirkəti Batumidən neft partiyasını satır

Siyasət Materials 23 Fevral 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Batumi limanından mənfəət neftinin tanker partiyasının satışı üçün tender elan edib. ARDNŞ-dən verilən məlumata görə, tender 600 min barel neftin yüklənməsi üçün elan olunub. Yüklənmə martın 20-dən 21-dək həyata keçiriləcək. Tender fevralın 28-də yekunlaşdırılacaq.

Batumi neft terminalı ildə 15 mln. tona qədər neft yükünü yükləyib boşaltmağa qadirdir. Aframax sinifli gəmilər üçün daşınan buy da daxil olmaqla, terminal dörd körpüdə 30-90 min ton dedveytli tankerlərə xidmət göstərir. Hazırda terminalın çən parkının gücü təxminən 530 min ton təşkil edir, bu isə dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin yüklənib boşaldılması üçün kifayətdir.

Xəbər lenti

Xəbər lenti