Azərbaycan,Bakı/müxbir " A.İsmayılova/Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Katibi Ban Gi Muna prezident İlham Əliyevin Azərbaycana səfər etməsi ilə bağlı dəvətnaməsini təqdim edib. Baş Katib dəvətnaməni qəbul edib. Səfərin tarixi razılaşdırılacaq. Bu barədə Trend ə Azərbaycanın BMT-dəki səfiri Aqşin Mehtiyev məlumat verib.
Nazir və Ban Gi Mun həmçinin BMT-nin islahatlar məsələsini də müzakirə edib. Məmmədyarov BMT Katibliyinin yenidən qurulması üzrə Baş Katibliyin, o cümlədən Sülhməramlı Əməliyyatlar üzrə Departamentinin təşəbbüsünün vacibliyini vurğulayıb.