...

ADP-nin 180 nəfərlik Ağstafa təşkilatı fəaliyyətini dayandırıb

Siyasət Materials 28 Mart 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) 180 nəfər üzvü olan Ağstafa rayon təşkilatı (RT) partiya adından fəaliyyəti mümkünsüz hesab edərək siyasi fəaliyyətini dayandırmağa qərar verib. Bu qrup iki yerə bölünmüş ADP-nin hər hansı tərəfində fəaliyyət göstərməyəcəyini bəyan edib. ADP-nin Ağstafa rayon təşkilatının sədri İlqar Vəliyevin imzası və təşkilatın möhürü ilə yayılmış bəyanat rayon təşkilatının (RT) məclisi tərəfindən qəbul edilib.

RT məclisi bu qərarını ADP daxilində baş verənlərlə, problemlərin aradan qaldırılması üçün verilən təklif və iradların nəzərə alınmaması ilə əsaslandırıb.

Müxalifəti təmsil edən ADP siyasi kursunda dəyişiklik etdikdən sonra "Azadlıq" blokundan çıxarılıb və partiya iki yerə - Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarına bölünüb.

Xəbər lenti

Xəbər lenti