...

Azərbaycan deputatlarının Rumıniyaya səfəri həmin ölkədə yaranan siyasi böhrana görə təxirə salınıb

Siyasət Materials 20 Aprel 2007 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan parlamentinin nümayəndələrinin aprelin 22-də Rumıniyaya planlaşdırılan səfəri həmin ölkədə yaranan siyasi böhrana görə təxirə salınıb. Bu barədə cümə günü Trend ə Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, siyasi sabitlik yarandıqdan sonra Azərbaycan deputatları Rumıniyaya səfər edəcək.

Əldə olunan razılaşmaya görə, Azərbaycan və Rumıniya parlamentinin nümayəndələrinin aprelin 23-də Buxarestin "Lia Monaliu" Mərkəzi Stadionunda yoldaşlıq futbol oyununun keçirilməsi planlaşdırılmışdı. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Rumıniya parlamentində də görüşləri nəzərdə tutulmuşdu.

Rumıniya parlamenti ölkə prezidentinin impiçment məsələsini qəbul edib və səlahiyyətlər ölkə parlamentinin sədrinə verilib.

Xəbər lenti

Xəbər lenti