...

"Azadlıq" bloku seçki komissiyalarında beş partiyanın təmsilçiliyini təklif edir – versiya 2

Siyasət Materials 25 Aprel 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi bloku indiki mərhələdə seçki komissiyalarında beş siyasi partiyanın nümayəndələrinin təmsil olunmasını istəyir. Bunlar hakim Yeni Azərbaycan Partiyası və müxalifəti təmsil edən Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Liberal, Azərbaycan Demokrat partiyalarıdır.

Bu barədə çərşənbə günü keçirilən toplantıda "Azadlıq" blokunun dövlət quruculuğu və hüquq komissiyasının sədri Qulamhüseyn Əlibəyli açıqlama verib. Həmin komissiya Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair qanun layihəsi hazırlayıb.

Göstərilən şərtlər "Azadlıq" blokunun Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair hazırladığı qanun layihəsində nəzərdə tutulur. Blok təklif edir ki, MSK-nın tərkibi sonuncu parlament seçkilərində iştirak edən və namizədlərinin hamısının birlikdə topladığı səslərin miqdarı ölkə üzrə etibarlı sayılan seçici səslərinin bir faizindən çox olan partiyalardan ibarət formalaşdırılsın.

Xəbər lenti

Xəbər lenti