...

Azərbaycan prezidenti Tbilisiyə səfər edəcək

Siyasət Materials 8 May 2007 16:17 (UTC +04:00)
Azərbaycan prezidenti Tbilisiyə səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov,A.İsmayılova, S.Ağayeva/Azərbaycan prezidenti İlham Əliyev mayın 12-də Gürcüstana səfər edəcək. Bu barədə bu gün Tbilisidən telefon vasitəsilə Gürcüstan prezidentinin mətbuat xidmətindən məlumat verilib. Səfərin məqsədi mədəni xarakterli tədbirdə iştirak etməkdir.

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevin Tbilisidən telefonla verdiyi məlumata əsasən, prezident səfər çərçivəsində Azərbaycanın eks-prezidenti Heydər Əliyevin paytaxtın "Maydan" meydanında heykəlinin açılışında iştirak edəcək. Büstün müəllifi heykəltəraş Natiq Əliyevdir.

Bununla yanaşı? prezidentin Tbilisidə Botanika bağında dörd büstün açılış mərasimində də iştirakı nəzərdə tutulur. Bu bağda Azərbaycanın məşhur ədəbiyyat xadimləri və mütəfəkkirləri Fətəli Xan Xoyski, Mirzə Şəfi Vazeh, Həsən bəy Ağayev və Mirzə Fətəli Axundovun məzarları yerləşir. Səfirin sözlərinə görə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin büstləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

Həmçinin Tbilisidə Heydər Əliyev Fondu tərəfindən yaradılmış Kir Osman sərgi kompleksinin da açılışı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti