...

Azərbaycan numayəndələri ATƏT Parlament Assambleyasının prezidenti ilə gorüşəcəklər

Siyasət Materials 8 May 2007 19:09 (UTC +04:00)

Belçika, Brüssel/ Trend müxbir R.Tağıyev/ Isveçin paytaxtı Stokholmda ATAF-ın baş katibi Vüsal Məmmədov, ATAF-ın qəyyumlar şurasının üzvü Nərgiz Nədai və "Alumni Network"un qurucularından Emin Milli 10 may tarixində bir sıra görüşlər keçirməyi planlaşdırırlar. Vüsal Məmmədovun verdiyi məlumata əsasən, ATƏT Parlament Assambleyasının indiki prezidenti Qoran Lenmarker, Avropa Surası Parlament Assambleyasının vitse-prezidenti Qoran Lindblad, eləcə də Isveç Parlamenti Yaşıllar fraksiyası və parlamentin xarici əlaqələr komitəsi ilə bır sıra görüşlər keçiriləcək.

Görüşlərin məqsədi Azərbaycanın gələcəyi ilə bağlı yeni nəslin fikirlərini və baxışlarını Avropa siyasətçiləri ilə müzakirə etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti