...

Prezident İlham Əliyev: "Bu gün Dağlıq Qarabağ danışıqlarının alternativi yoxdur"

Siyasət Materials 17 May 2007 12:21 (UTC +04:00)
Prezident İlham Əliyev: "Bu gün Dağlıq Qarabağ danışıqlarının alternativi yoxdur"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların alternativi yoxdur. Bunu cümə axşamı Bakının Binəqədi qəsəbəsinin sakinləri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən ölkə hələlik münaqişənin həlli ilə bağlı danışıqları davam etdirir.

"Danışıqların alternativi müharibədir və Azərbaycan buna hazır olmalıdır" - deyə dövlət başçısı bəyan edib.

Əliyevin sözlərinə görə, Azərbaycanın iqtisadi potensialı möhkəmlənir, ölkəyə böyük pullar daxil olacaq. Prezident qeyd edib ki, bu pullardan ölkənin siyasi mövqeyinin və hərbi qüdrətinin möhkəmləndirilməsinə sərf olunacaq. "Azərbaycan heç vaxt milli maraqlara zidd qərar qəbul etməyəcək" - deyə dövlət başçısı vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, əvvəllər Azərbaycan iqtisadi inkişaf baxımından Ermənistanla eyni səviyyədə idi. Lakin bu gün Azərbaycandakı durum müsbət istiqamətə xeyli dəyişib. Əliyevin sözlərinə görə, Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur və ölkənin əsas gəliri xaricdən gələn yardım hesabına formalaşır, lakin müəyyən vaxtda bu yardım dayandırıla bilər. Dövlət başçısı bəyan edib ki, Azərbaycan yalnız öz qüvvələrinə arxalanır.

Əliyev qeyd edib ki, prezident kimi ölkənin xarici siyasətinin müəyyənləşdirilməsində xalqın dəstəyinə arxalanır.

Xəbər lenti

Xəbər lenti