...

Üç partiyanı birləşdirən Demokratiya Uğrunda İttifaq yaxın zamanda genişlənəcək

Siyasət Materials 5 İyul 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaqa (DUİ) qoşulmaq üçün bir neçə partiya müraciət edib. Bu barədə İttifaqın həmtəsisçisi, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, həmin müracətlərə baxılıb, lakin hələ cavab verilməyib. Mirəlioğlu qeyd edib ki, İttifaq yaxın zamanda genişlənəcək. Belə ki, müraciət edən partiyalara müsbət cavab verilməsi gözlənilir.

"Demokratiya Uğrunda İttifaq" müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən təsis olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Xəbər lenti

Xəbər lenti