...

Nazir müavini: "Dağlıq Qarabağın dinc əhalisi daha çox Azərbaycanın tərkibində yaşamaq istəyir"

Siyasət Materials 28 İyul 2007 15:28 (UTC +04:00)
Nazir müavini: "Dağlıq Qarabağın dinc əhalisi daha çox Azərbaycanın tərkibində yaşamaq istəyir"

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin ilin sonuna qədər həlli məsələsi ilə bağlı ümumi fikirə gəlməyə çağırıb.

O qeyd edib ki, əgər vəziyyət bu istiqamətdə belə davam edərsə, bunun heç bir tərəf üçün xeyri olmayacaq. "Həmsədrlər öz ölkələrinin siyasi gündəliyinə uyğun olaraq, şəxsi və peşəkar karyeralarını nəzərə alaraq ilin sonuna qədər nə etmək lazım olduğunu müəyyən etməlidirlər. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun üzvləri ilə birlikdə üçlük vəziyyətin aydınlaşması məqsədilə ciddi və həlledici addımlar atacaqlar" - deyə Əzimov bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan həmsədrlərin son üç il ərzində işlənib hazırlanmış əsas prinsiplər layihəsi ilə bağlı təkid edəcəklərini gözləyir.

Ermənistan prezidentinin Sankt-Pererburqda İlham Əliyevlə keçirilən son görüşdə irəli sürdüyü müddətə gəlincə Əzimov qeyd edib ki, bu kifayət edib. "Avqustun ortalarından başlayaraq beynəlxalq təşkilatlarla işdə fəallıq yaranacaq. Güman ki, Ermənistan rəhbərliyi cəmiyyətin maraqlarını ümumiləşdirəcək, öz mövqelərini bir daha nəzərdən keçirəcək və ümid edirəm ki, bu, konstruktiv olacaq" - deyə o bildirib.

Azərbaycanlı diplomatın fikrincə, Köçəryan Dağlıq Qarabağın erməni icmasının maraqlarını daha çox qoruyur, nəinki Ermənistanın mövqeyini ifadə edir. "Bəzən bu, bütün çərçivələrdən kənar olur. Biz məsələni Ermənistan tərəfi ilə müzakirə edirik. Hesab edirəm ki, Dağlıq Qarabağda yaşayan dinc əhali daha çox Azərbaycanın tərkibində yaşamaq istəyir" - deyə Əzimov hesab edir.

Xəbər lenti

Xəbər lenti