...

İnsan Haqları üzrə Avropa Məhkəməsinin prezidenti Cənubi Qafqaza səfər edəcək

Siyasət Materials 30 İyul 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ İnsan Haqları üzrə Avropa Məhkəməsinin prezidenti Jan Pol Kosta (Jean-Paul Costa) Cənubi Qafqaz regionuna səfər edəcək. Bu barədə Trend ə müsahibəsində Kostanın özü məlumat verib.

Payızda Kosta Ermənistana səfər edəcək. Azərbaycana isə 2008-ci ilin mayında gələcəyini planlaşdırır. Səfərin detalları açıqlanmır.

Hazırda İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycan və Ermənistan vətəndaşlarının 800-dən çox şikayəti var.

Avropa Məhkəməsi Azərbaycanla bağlı dörd qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti