...

İlham Əliyev: Azərbaycan Qazaxıstandan yüklərin maneəsiz nəqli üçün öz ərazisini təqdim etməyə hazırdır

Siyasət Materials 7 Avqust 2007 21:21 (UTC +04:00)
İlham Əliyev: Azərbaycan Qazaxıstandan yüklərin maneəsiz nəqli üçün öz ərazisini təqdim etməyə hazırdır

Qazaxıstan, Astana /müx. Trend K.Konırova/ Azərbaycan və Qazaxıstan iki ölkə arasında ticarət dövriyyəsini 200 mln. dollardan bir milyard dollara qədər artırmağı planlaşdırır. "Ölkələrimiz arasında olan ticarət dövriyyəsinin iki dəfə artaraq 200 mln. dollar təşkild etməsinə baxmayaraq təəssüf ki, bu göstərici ölkələrimizin malik olduğu potensiala cavab vermir. Bir birinci mərhələdə ölklərimsiz arasında ticarət dövriyyəsini bir milyarda qədər çatdırmağı qarşımızı məqsəd qoymuşuq" - deyə çərşənbə axşamı Astanada azərbaycanlı həmkarı İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

Azərbaycan prezidenti avqustun 7-8- də rəsmi səfərlə Qazaxıstandadır. Hökumət başçıları hökumət nümayəndələrini nəzərə almaqla bir tərkibli və çoxtərkibli formatda danışıqlar aparıblar. Yeddi ikitərəfli sənəd imzalanıb.

Hər iki lider danışıqların yekunları ilə bağlı mətbuat konfransında bildiriblər ki, Azərbaycan və Qazaxıstan heç bir zaman siyasət və iqtisadiyyat sahəsində ziddiyyətlərə malik olmayıb. "Bizim münasibətlərimiz həmişə bir-birimizə etimad və hörmət üzərində qurulub. Bizi oxşar tarix, ümumi mədəniyyət və müsətəqilliyin əldə edilməsindən sonra dövlətin qurulması dövrü birləşdirir. Ticarət dövriyyəsinin bir milyarda dollara qədər artırılması son hədd deyil və biz bu göstəricini gələcəkdə də artırmaq niyyətindəyik" - deyə prezident bildirib.

Hər iki prezidentin fikrincə, belə bir nəticənin əldə edilməsinin əsası Astanada görüş zamanı imzalanan yeddi müqavilə olmalıdır. Sənədlərdən üçü neft-qaz sahəsində əməkdaşlığın inkişafına, xüsusilə Qazaxstanın neft, qaz və taxıl kimi strateji məhsullarının Qafqaz dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılmasına təsir göstərəcək qlobal layihələrə dair imzalanmış sənədlərdir.

"Azərbaycan bizim üçün tranzit ərazisi kim çox maraqlıdır, belə ki, əvvəllər razılaşlığımız kimi biz "Bakı-Tbilisi-Ceyhan" layihəsində iştirak edirik, gələcəkdə isə qaz layihələri , Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Qara dənizə çəkiləcək dəmir yol keçidi layihəsində iştirak edəcəyik" - deyə Nursultan Nazarbayev bildirib. O qeyd edib ki, hər iki tərəf bütün istiqəmətlərdə əməkdaşlıq etmək, birgə müəssisələr yaratmaq, hər iki tərəfdən aktivlərin əldə edilməsində, ticarətin inkişafında iştirak etməyə hazırdırlar. Öz növbəsində İham Əliyev qeyd edib ki, Azərbaycan Qazaxıstandan yüklərin maneəsiz nəqli üçün öz ərazisini təqdim etməyə hazırdır. "Bizi birldəşdirən nəqliyyat, enerji layihələri əlbəttə ki, bizim münasibətlərimizin gündəliyində öndə durur və Azərbaycan enerji resurslarının və yüklərin nəqli üçün sərbəst maneəsiz tranzit yaratmaq üçün əlindən gələni etməyə hazırdır" - deyə Əliyev bildirib.

Hər iki lider mətbuat konfransında etiraf ediblər ki, hazırki görüş münasibətləri yeni, yüksək səviyyəyə qaldıracaq perspektivlər üzrə istiqamətlərinin müqayisəsidir

Xəbər lenti

Xəbər lenti