...

Şri-Lankanın neft naziri: Şir-Lanka Azərbaycandan xam neft almaq istəyir

Siyasət Materials 16 Avqust 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Şri-Lanka Azərbaycandan xam neft alınmasında maraqlıdır. Bu barədə Azərbaycanda səfərdə olan Şri-Lankanın neft və neft ehtiyatlarının inkişafı naziri Əbdül Həmid Fovze məlumat verib.

Nazir qeyd edib ki, Bakıda Azərbaycan rəsmiləri ilə çox səmərəli müzakirələr aparıblar: "Biz bir sıra səhələr, ilk növbədə neft sahəsində əməkdaşlıqla bağlı müzakirələr apardıq. Yaxın vaxtlarda neft sahəsində əməkdaşlıq üçün bir sıra Azərbaycan şirkətlərini Şri-Lankaya dəvət edəcəyik".

Fovze əlavə edib ki, avqustun 17-də sənaye və energetika naziri Natiq Əliyevlə görüşüb bü sahədə əməkdaşlığın detallarının müzakirə edəcəklər.

Nazir bildirib ki. ölkəsi hazırda ildə İrandan 2, 5 milyard dollarlıq xam neft alır. Eyni zamanda Hindistandan da müəyyən miqdarda neft ölkəyə daxil olur. Lakin bu ölkənin tələbatını ödəmir.

"Azərbaycandan olan neft mütəxəsislərinin təcrübəsinə ehtiyacımız var. Biz bilirik ki, azərbaycanlı mütəxəsislərin neft sahəsində böyük təcrübələri var və onları Şri-Lankaya dəvət etməyi planlaşdırırıq", -deyə Fovze əlavə edib.

Xəbər lenti

Xəbər lenti