Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qətərin əmiri şeyx Həmad bin Xalid əl Tani çərşənbə axşamı rəsmi səfərlə Bakıya gələcək. Diplomatik mənbələrdən bazar ertəsi verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Qətər arasında ikitərəfli əməkdaşlığın inkişafı, müqavilə-hüquqi bazasının möhkəmləndirilməsidir.
Yüksək səviyyəli qonağın səfər proqramına Azərbaycan rəhbərliyi ilə görüş, ölkə iqtisadiyyatı ilə tanışlıq, paytaxtın ən görməli yerlərinə gəzinti daxildir.
Əmirin səfəri 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Qətərə rəsmi səfərinə cavab xarakteri daşıyır.