...

Tomas Hammerberq: Azərbaycandan insan haqlarının müdafiəsi sahəsində nümunə olması gözlənilir

Siyasət Materials 30 Avqust 2007 21:04 (UTC +04:00)
Tomas Hammerberq: Azərbaycandan insan haqlarının müdafiəsi sahəsində  nümunə olması gözlənilir

Fransa, Strasburq/ Trend müxbir A.Mahərrəmli/ Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammerberqlə Trend in müsahibəsi

- Sentyabrın 3-8-də sizin Azərbaycana səfəriniz baş tutacaq. Siz Bakıda nə müzakirə etmək niyyətindəsiniz?

- Bu mühim səfərdir. Bu hər 5-6 ildən bir insan haqları sahəsidəki vəziyyətlə tanış olmaq üçün keçirirlir. Bizim bu sahədə bir sıra məsələ və problemlərimiz var. Biz prezident, nazirlər, hakimlər, qeyri hökumət təşkilatlarının nümayəndələri, media ilə görüşməyi planlaşdırırıq. Biz əyalətlərdəki vəziyyətlə tanış olmaq üçün paytaxtdan kənara çıxmağı planlaşdırırıq. Türmə və digər institutlara səfər etməyə hazırlaşırıq. Bu, Nazirlər Komitəsində məruzə ilə başa çatacaq ciddi bir səfər olacaq.

- Bu hesabatda hansı məqamlara toxunulacaq?

- Bu, bizim müşahidə və danışıqlar zamanı müzakirələrimizdən asılıdır. Biz məcburi köçkünlərin vəziyyəti, onların münaqişədən sonrakı vəziyyəti barədə, həmçinin mətbuat, azad fikir ifadəsi, ölkədə azad jurnalistoika barədə danışacağıq. Türmələrdəki vəziyyətlə tanış olacağıq. Mən artıq keçən ilin may ayında türmələrə səfər etmişəm və bizim həbsdə olan şəxsin saxlanılması şəraiti ilə bağlı müəyyən baxışlarımız var.

Məhkəmə sisteminin fəaliyyətini və insan haqlarının və ayrı-ayrı şəxslərin ədalətli müdafiəsinin təmin olunması üçün həyata keçirilən işləri müzakirə etmək planlaşdırılır.

- Ötən illə müqayisədə Azərbaycanda onsan haqları ilə bağlı vəziyyət nə dərəcədə dyişilib? Sizin proqnozlarınız necədir?

- Mən Azərbaycanda may ayınada olmuşam. Mən bu vəzifəyə başladıqdan sonra Azərbaycan səfər etdiyim ilk ölkədir. Lakin bu qısa səfər idi, mən bəzi nazirlər və prezidentlə görüşdüm, qeyri hökumət institutlarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışdım. Mənə çox maraqlıdır ki, ölkədə bir il ərzində hansı dəyişikliklər baş verib. Mən Azərbaycan hökuməti və parlamentinin dekabr ayında insan haqları sahəsində inkişaf üzrə milli fəaliyyət planı qəbul etməsindən xəbərdaram.

Mənə bu istiqamətdə hansı addımların atıldığını görmək maraqlıdır.

Azərbaycan İnsan Haqları üzrə BMT Şurasının üzvüdür. Bu əlbəttə ki, Azərbaycanın BMT-yə üzv digər dövlətlər üçün insan haqları sahəsində nümunə olmasını nəzərdə tutur.

- Son zamanlar 20-dən çox Azərbaycan jurnalisti siyasi sığınacaq almaq üçün Qərb ölkələrinə müraciət ediblər. Siz Azərbaycanda KİV-in vəziyyətini necə qiymətləndirirsiniz?

- Bizim bu problemlə bağlı məlumatlarımız var. Onlar müzakirələrin gündəliyinə daxil ediləcək. Zənn edirəm ki, mətbuat azadlığı elə insan haqlarıdır. Mətbuat azad fəaliyyət göstərə bilmədikdə, bu, cəmiyyətdə digər hüquqların müdafiəsinə də təsir göstərir.

- Sözsüz ki, sizin hesabatınızda Azərbaycanın məhkəmə sisteminə diqqət ayrılacaq. Son zamanlar məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə islahatlar aparılır. Sizcə, ölkənin məhkəmə sistemində nəyin xüsusi diqqətə ehtiyacı var?

- Bu müzakirələrin gündəliyində əsas məsələ olacaq. Biz inanırıq ki, müstəqil məhkəmə sistemi insan haqlarının müdafiəsində əsas şərtdir və hakimlər təzyiq obyekti olmamalıdırlar, ölkədəki iqtisadi və siyasi vəziyyətdən asılı ola bilməzlər.

- Səfər zamanı türmə və istintaq təcridxanalarındakı vəziyyətlə tanış olmaq niyyətindəsinizmi? Azərbaycanda olan həbsxanalardakı vəziyyətlə bağlı məlumatınız varmı?

- Mənim ötən ilin may ayındakı səfərimdən xoş təəssüratlarım qalıb. Biz vəziyyəti müşahidə etmək üçün Avropa Şurası İşgəncələr üzrə Komitəsi ilə birgə öz nümayəndə heyətimizi dünya ölkələrinə, o cümlədən Azərbaycana göndəririk. Bizdə bütün lazımı məlumatlar olmalıdır. Lakin biz bilmək istəyirik ki, irəliləyiş olacaqmı.

Xəbər lenti

Xəbər lenti