...

Azərbaycanda "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 28 Sentyabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Oktyabrın 4-5-də Bakıda "Xəzər dənizinin davamlı inkişafı üçün strategiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Almaniya, Türkmənistan, Gürcüstan, İran və Qazaxıstanın ekologiya, ətraf mühitin mühafizəsi nazirliklərinin rəhbərləri iştirak edəcəklər, cümə günü Trend ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova bildirib. Onun sözlərinə görə, konfransda Xəzərin çirkləndirilməsinin əsaslarının araşdırılması, ətraf mühitin problemlərinin həlli istiqamətində maraqlı tərəflərin səylərinin birləşdirilməsi, beynəlxalq və donor təşkilatların maraqlarının bu məsələyə cəlb edilməsi müzakirə olunacaq.

Xəzər dünyanın ən böyük daxili su hövzəsidir və dünya göl sularının 44%-ni özündə cəmləyir. Səthinin sahəsi səviyyə tərəddüdündən (10-20%) asılı olaraq dəyişsə də, orta hesabla 370,0 min kvadratkilometr olur ki, bu da digər göllərin ölçülərindən çoxdur. Xəzər Avropa və Asiya qitələri arasında yerləşir və uzunluğu təqribən 1200 km , maksimum eni 466 km , minimum eni 204 km-dir. Unikal flora və faunası olan bu relikt daxili su hövzəsi Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran İslam Respublikasının əhatəsindədir. Xəzər dənizi öz iqtisadi potensialı və sıx əhaliyə malik olması ilə seçilir.

Xəbər lenti

Xəbər lenti