...

Avropa Şurası İnsan haqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan olan namizədləri təsdiq etməyib

Cəmiyyət Materials 1 Oktyabr 2007 16:39 (UTC +04:00)
Avropa Şurası İnsan haqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan olan namizədləri təsdiq etməyib

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Avropa Şurası Parlament Assambleyası bazar ertəsi Azərbaycan, Bolqarıstan, Moldova, San-Marino və Türkiyədən İnsan haqları üzrə Avropa məhkəməsinə namizədlərin qəbul olunmaması barədə qərar qəbul edib.

Sabah Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçilməsi planlaşdırılıb.

Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsində hazırda hakim olan Xanlar Hacıyev, Azərbaycan Ali Məhkəməsinin hakimi Zakir Quliyev və Prezidentin İcra Aparatının əməkdaşı Səadət Novruzovanın namizədliyini irəli sürüb.

Bu ölkələrdən olan namizədlərin təsdiq olunmamasının səbəbi, bəzi namizədlərin AŞPA meyarlarına uyğun gəlməməsi olub. Ölkələrə Avropa İnsan Haqları məhkəməsi üçün yeni namizədlərin hazırlanması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti