...

Rəqsanənin həbsdə olan bacısına yazdığı sensasion məktublar

Cəmiyyət Materials 23 Oktyabr 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /www.musavat.com/

Müğənni Rəqsanənin bacısı Ellada İsmayılovanın bu ilin yanvarında Türkiyədə qadın alverində suçlu bilinərək saxlanması barədə məlumat vermişdik. Bu söz-söhbətlər ortaya çıxanda Rəqsanə israrla bunu təkzib edirdi. Hətta Ellada və anası Adilə Həsənova bu ilin yayında qadın alverinə görə Bakıda saxlandıqdan sonra da müğənni faktı danırdı. Amma çox keçmədi ki, Rəqsanə bütün bunları etiraf etməli oldu...Bu günlərdə əlimizə olduqca maraqlı sənədlər keçib. Belə ki, Ellada Türkiyədə həbsdə olarkən, müğənninin özünün, anasının və digər yaxınlarının ona yazdığı məktubları əldə etmişik. Oxucular üçün maraqlı olduğunu nəzərə alaraq, həmin məktubların bir qismini olduğu kimi, üslubuna toxunmadan çap edirik.

"Necəsən, nə var, nə yox? Məktubunu aldım, oxudum. Narahat olma, daha bir şey qalmayıb. Mən Günəşlə yenə danışdım. Deyir: "mən söz vermişəm, Elladanı çıxardacam, advokat tutmaq lazım deyil".Bəlkə məhkəmədən qabaq gəldim. Gəlməyimi Günəş deyəcək. Bir işim var, qoy düzəlsin. Fikirləşmə, uşaqlar, mamam yaxşıdır. Sənə görə nə Aysunun yaşını, nə də bayram eləmədik. Sən gəl, Allah qoysa, bir yerdə edərik. 18-i ad günündü. Təbrik edirəm. Allah qoysa, hər şey yaxşı olacaq. Bir də, Afaqa nə pul borclusan? Günəş deyir ki, 3500 dollar borclusan və Afaq istəyir. Əgər düzdürsə, məktubda yaz, mən Günəşə verim. Ayın 17-si Moskvada toydayam. Allah qoysa, oradan gəlib, az-az Günəşə verərəm. Günəşdən sənə pul da göndərəcəyəm. Vəziyyətin necədir, pulun-zadın fikrini çəkmə. Allah-Təala heç vaxt bizi darda qoymaz. Gecə-gündüz dua edirəm, bacı. Qoy Allah kömək etsin. Bir də, Rənanın işi heç düzələn deyil. Advokat 1500 dollardan artıq pul istəyir. Həm də onun adına, heç olmasa, bir şey olsaydı bu, mümkün olardı. Anasıgil də maraqlanır. Mənə nə təhər deyiblərsə, onlara da elə deyiblər. Anasıynan oğlu gəlmişdilər bizə. Məndən hamıya salam de, Allah köməyiniz olsun! Gələndə, sopaşki, şalvar, kurtka- hər şey gətirəcəm. Nə lazım olsa, Günəşə deyərsən, çəkinmə. Artıq türmədə bir ayın bu ayın 6-sı tamam oldu. Bir də orada Günəşlə bir otaqda qalırsan. Qurban olum, bacı. Hamıynan mehriban ol, heç kimin sözünü danışma, heç nəyə qarışma. Günəş nə desə, onu da elə. Məhkəmədə nə desə, onu de. Həm özünü, həm də yanındakıları qurtarmış olarsan. Yeməyinə fikir ver, heç nəyə korluq vermə. Mamam, Tunar, Tural, Aysun, Zamiq sənə məktub yazıblar. Oxuyarsan. Günəşnən məktub yazarsan. Öpürəm səni, özündən muğayət ol. Nəyin bahasına olursa-olsun, səni oradan qurtaracağam. Hər şeyi pul həll edir, o da ki, var. Narahat olma.Öpürəm, Rəqsanə.

Bacım Elladaya...

Ellada, yadımdan çıxdı yazmaq. Sənin telefonla danışmağına görə Günəş bir- iki şey istədi. Onu da göndərirəm. Sonra səni mamaynan danışdıracağam. Nə sözün olsa, yaz göndər, ya da telefonda denən. Ellada, Rəna necə danışıb, evlərindən o da sənəd apartdırdı yoxsa?Veşlərin hamısını götürdüm, gətirdim. Krovatın altındakını da. Uşaqlar indi praznikdi, ayın 8-dən sonra dərsə gedəcək.Heç nəyə görə narahat olma. Məktubunu da oxuduq, Günəş göndərdi.

6.I. 2007-ci il"

Rəqsanənin anasının qızına məktubu"Ellada, salam. Biz yaxşıyıq, bircə sən yaxşı ol. Allah səni oradan qurtarsın. Sən bilirsən, biz yaxşıyıq. Rəqsanəni Allah bizim üstümüzdən əskik eləməsin, onun başından töksün. Heç vaxt qoymayacaq sən orada qalasan. Çıxardacaq, heç dözmür sənin ora düşməyinə. Ellada, mənim canım, heç fikir eləmə, yaxşıdı, canın üçün. Uşaqların da yaxşıdı. Canınçün, apardı bayramdan bir gün qabaq, 250 dollar hərəsinə dublyonka, kofta- hər şey aldı. Bircə sən özünə fikir ver. Bircə, məhkəmədə Allah qoysa, çıxasan. Rənanın oğlunu da gördüm. Yenə Allah bütün valideynlərin köməyində dursun. Balalarımızı saxlayırıq. Afaqın balalarına kim baxır? Fikrim o uşaqların yanındadı. Allah hamınızın bağlı qapısını açsın. Sənə 7 qurban demişik. Allah hamının da qurbanını qəbul eləsin. Zamiq lap yaxşıdır. Hamının fikri sənsən. Bircə sən gəlsən, hamı yaxşı olacaq".

Adilə Həsənovanın qızına ikinci məktubu... "Ellada, sən mənim fikrimi çəkmə, mən lap yaxşıyam. Rəqsanə deyir ki, get görüş, gəl. Mən özüm gəlmirəm. O gəlsə, lap yaxşı olar. Xərc çox çıxar. Gəlsin, işini qurtarsın, mən dözərəm. Müvəqqəti çətinliyə. Aysunun yaşı qaldı sən gələnə. Maması dedi, xala gələndən sonra eləyəcəm. O da razı oldu. Ellada, canınçün, Rəqsanə gələndən heç dözmür. Eləcə mənə ürək verir. Deyir, ağlama hər şey yaxşı olacaq. Bir az gəldi, Elduza xalan qaldı. Nənəngil də heç nə bilmir. Heç kəsə deməmişik. Hamısı sənə salam söyləyir. Daha bu qədər. Hamıya salam söylə, üzündən öp. Allah hamısının üzünə bağlı qapı açsın. Öpürəm səni, cavab yaz. Heç nə fikirləşmə. Yenə öpürəm səni. Anan".

Rəqsanənin sevgilisi Zamiqin Elladaya məktubu"Salam, mənim əziz və sevimli baldızım. Mən səni çox istəyirəm. Səndən ötrü çox darıxıram. İnşallah, Günəşbəyim bizi ora çağıran kimi Rəksanəylə mən gəlib səni gətirəcəyik, evimizə. Ürəyini buz kimi saxla, narahat olma. Biz ölməmişik, sən orada qalasan. İnşallah, iki dənə qurban demişəm, sənin özünlə gedib kəsəcəyik. Ürəyin nə istəyir, məktubda yazarsan, alıb gətirərəm. Sən gələndən sonra hər işimiz yaxşı olacaq. Uşaqlarından narahat qalma, onlar lap yaxşıdı. Baldız, heç nə haqda fikirləşmə. Bizim çalışdığımız odur ki, səni oradan çıxarıb, bura gətirək. Pul barədə fikirləşmə, hər şey yaxşı olar. Sən inanırsan, 31 yaşım var, hələ indiyədək məktub yazmamışam. Nə isə, sənin bacın mənim başıma oyun açır. Səni gözləyirik, gəl görək, bunu neynirik. Sənin arxanda biz varıq. Səni sevirik, ay yetim. Sağ ol. Cavab yazarsan, görüm, burdan bir şey oxuya bildin.Səni öpürəm, mənim ürəyim.

Xəbər lenti

Xəbər lenti