...

Azərbaycan boksçucu Elçin Əlizadə Dünya çemapionatında nakautla qalib gəlib

Cəmiyyət Materials 27 Oktyabr 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir B.Mməmmədov/ Çikaqoda keçirilən boks üzrə dünya çempionatında daha bir azərbaycanlı birinci döyüş maneəsini aradan qaldırıb.

Ağır çəki dərəcəsində rəqibinə qalib gəlmək üçün Elçin Əlizadəyə 15 saniyə kifayət edib. Trend in verdiyi xəbərə görə, 91 kq-a qədər çəki dərəcəsində azərbaycanlı dəri əlcək ustası birinci raundda kolumbiyalı Deyvi Xulio Blankoya nokautla qalib gəlib.

1/8 finalda onun rəqibi, ikinci raundda Polşadan olan rəqibi Eduard Krasneviçi nokauta salan ukraynalı boksçu Denis Poyatsıka olacaq.

Yarışın dördüncü günü itkisiz ötüşməyib. 64 kq-a qədər çəki dərəcəsində keçirdiyi ikinci döyüşdə Emil Məhərrəmov ABŞ-dan olan rəqibi Xavyer Molinaya xal hesabı ilə (10:27) məğlub olub.

Xəbər lenti

Xəbər lenti