...

Parlamentin komissiya sədri: "Təhsil haqqında" qanunun müzakirəsinin gecikməsi dövlət büdcəsinin parlamentə göndərilməsi ilə əlaqədardı"

Cəmiyyət Materials 30 Oktyabr 2007 14:45 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Təhsil haqqında" qanunun müzakirəsinin gecikməsi dövlət büdcəsinin parlamentə göndərilməsi ilə əlaqədardı"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ "Təhsil haqqında" yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsinin gecikməsi 2008-ci ilin dövlət büdcəsinin parlamentə göndərilməsi ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komisiyasının sədri, deputat Şəmsəddin Hacıyev məlumat verib.

"Dövlət büdcəsi qəbul olunduqdan sonra "Təhsil haqqında" yeni qanun lahiyəsi parlamentdə müzakirəyə çıxarılacaq. Məndə olan məlumata görə, qanun lahiyəsinin parlamentin üç gün dalbadal keçirilən iclasında müzakirə olunması nəzərdə tutulub", - deyə komisiya sədri əlavə edib.

Azərbaycanda hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildə "Təhsil haqqında" yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Layihə bir dəfə Milli Məclisdə müzakirəyə çıxarılsa da müzakirələr başa çatdırılmayıb. Bu isə qanqun layihəsində əks olunan məsələlərlə bağlı Milli Məclis, Təhsil Nazirliyi və universitetlər arasında ciddi fikir ayrılığının yaranması ilə əlaqədər idi. Aspranturanını saxlanılıb-saxlanılmaması, ali məktəb rektorlarının təyinatı kimi məsələlər ciddi fikir ayrılığı yaratmışdı.

Qanun layihəsinin hazır olduğunu deyən Hacıyevin sözlərinə görə, layihə Təhsil Nazirliyi, universitetlər və digər dövlət orqanları ilə razılışdırılıb: "Təhsil Nazirliyinin nümayəndələri layihənin hazırlayan İşçi Qrupun tərkibində olublar. Ona görə də bizim aramızda heç bir fikir ayrılığı yoxdur".

Komissiya sədri bildirib ki, "Təhsil haqqında" qanun layihəsi çərçivə sənəd olduğuna görə, orada əsasən ümumi koasepsiya və müddəalar əks olunub.

Ali məkbət rektorlarının vəzifəyə hansı formada təyin olunması məsələsi isə "Təhsil haqqında" qanun layihəsinə daxil edilməyib.

"Ali məkbət rektorları ilə bağlı məsələ "Ali təhsil haqqında" qanun qəbul olunanda orada əks olunacaq. Belə xırda məsələləri "Təhsil haqqında" qanun layihəsinə daxil etməyə ehtiyac yoxdur", -deyə Hacıyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti