...

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistin həbsi ilə əlaqədar narahatlığını ifadə edib(video)

Cəmiyyət Materials 12 Noyabr 2007 17:32 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalistin həbsi ilə əlaqədar narahatlığını ifadə edib(video)

Azərbaycan, Bakı / Trend , müxbir K. Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfirliyi müxalifət qəzeti "Azadlıq"ın baş redaktoru Qənimət Zahidin həbsi ilə əlaqədar narahatlığını ifadə edib. Bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Ənn Ders bununla əlaqədar çıxış edib.

"Son aylar belə təsəvvür yaranır ki, Azərbaycanda müxalifətdən olan jurnalistlərə qarşı kampaniya aparılır" - deyə o bildirib.

Bakının Yasamal Rayonunun qərarı ilə, noyabrın 11-də "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid iki ay müddətinə həbs olunub. Zahid dələduzluq və insan sağlamlığına qəsdən zərər yetirmə maddələri üzrə ittiham olunur. Hazırda Azərbaycanda 8 jurnalist həbsdədir. Onlar, əsasən, təhqir və böhtana görə ittiham olunurlar.

Səfir qeyd edib ki, azad mətbuat - demokratiyanın yaradılması üçün əsas amildir. "Mətbuata qarşı kampaniya demokratiyanın inkişafına mənfi təsir göstərə bilər" - deyə Ders əlavə edib.

Onun fikrinə görə, Azərbaycan demokratik institutlara malik olarsa, güclü və müstəqil dövlət ola bilər. O, bu cür institutlardan biri kimi, müstəqil və azad mətbuatı, həmçinin, insan haqları və söz azadlığına hörmət edən qanunvericiliyi göstərib.

"Azadlıq" qəzetinin baş redaktorunun həbsini şərh edən Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim bazar ertəsi bildirb: "Biz başa düşürük ki, Azərbaycanda jurnalistlərlə əlaqədar hər bir məhkəmə prosesi beynəlxalq təşkilatların və bir sıra ölkələrin güclü reaksiyasına gətirib çıxarır, lakin jurnalistlər də öz hərəkətlərinə görə qanun çərçivəsində cavab verməlidirlər" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti