Azərbaycan, Bakı, 29 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/
"Yuğ" teatrında "Civiti" tamaşası hazırlanır. Tamaşanın primyerası dekabr ayında olacaq. Səhnə əsərinin qurluşçu rejissoru Şahbaz Rəsuldur. Rollarda Sonaxanım Mikayılova, Təranə Ocaqverdiyeva, Ruslan İsmayılov, Yusif Kərimov, Mətanət Abbasova iştirak edəcək. Teatrın direktoru Tərlan Rəsulzadənin TrendLife-a verdiyi məlumata görə, "Civiti" tamaşası təmiz "Yuğ" üslubundadır. Bundan əlavə o qeyd edib ki, tamaşa dövlət sifarişi ilə hazırlanır.