...

Amerikalı diplomat aclıq edən Azərbaycanlı jurnalistlərlə görüşüb

Cəmiyyət Materials 13 Dekabr 2007 19:00 (UTC +04:00)

Azərbayacan, Bakı / Trend , müxbir K.Ramazanova/ ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsləhətçisi Rebekka Nasland (Rebecca Nasland) aclıq edən jurnalistlərə baş çəkib. Bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat veriblər. Görüş zamanı səfirliyin məsləhətçisi jurnalistlərin səhhətilə maraqlanıb və aclıq edənlər haqqında məlumat alıb. Azərbaycan jurnalistlərinin bir qrupu, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və səkkiz KİV nümayəndəsinin həbsinə etiraz əlaməti olaraq, aclıq aksiyası keçirilər. Azərbaycanda səkkiz jurnalist cinayət məsuliyyətinə cəlb edilib. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "təhqir" və "böhtan" cinayətlərinə görə, 2 il yarım həbs cəzası alıblar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov "xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma", əməkdaşı Sakit Zahidov "qanunsuz olaraq narkotik gəzdirmə", "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağı "irqi, milli, sosial, dini nifrət və düşmənçiliyin salınması cinayətlərində təqsirləndiriliblər.

Xəbər lenti

Xəbər lenti