...

Azərbaycan idmançıları Olimpiadaya on doqquzuncu lisenziyanı qazanıblar

Cəmiyyət Materials 28 Fevral 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir Z.Səfərov/ Azərbaycan idmançılarının qarşıdakı Olimpiadada iştirakı üçün qazanılan lisenziyaların sayı on doqquza çatıb.

Növbəti vakansiyanın müəllifi boksçu Şahin İmranov ( 57 kq) Çikaqoda keçirilən dünya çempionatında Pekinə vəsiqə qazanan Samir Məmmədova qoşulub. Bununla yanaşı, Peskaredə keçirilən lisenziya turnirində çıxış edən Romal Amanov ( 60 kq) və David Arjbanın (+ 91 kq) finalın bir addımlığında olduğunu nəzərə alsaq, yaxın günlərdə Olimpiya oyunlarına gedəcək yerli boksçuların sayı arta bilər.

Bu il ölkə üçün Olimpiya oyunlarına ilk vakansiyanı yanvar ayında İstanbulda keçirilən kvalifikasiya yarışında ikinci yeri tutan taekvondoçu Rəşad Əhmədov ( 80 kq) qazanıb.

Xəbər lenti

Xəbər lenti