Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Günel Əhmədova/
"Mədəniyyət haqqında" Qanuna prodüserlər haqqında maddə əlavə olunacaq. Bu barədə TrendLife-a məlumat verən millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Mədəniyyətin İnkişafı Konsepsiyasına prodüser anlayışı da əlavə ediləcək. Millət vəkili bildirib ki, incəsənətin təbliği, müxtəlif xalqlar arasında mədəniyyət əlaqələrinin yaradılması üçün prodüser institutunun təşkili vacibdir.
Onun əlavəsinə görə, yaradıcı insanların sənət aləmində baş verənlərdən xəbərdar olmaq imkanlarının məhdud olduğunu nəzərə alsaq, prodüserlər sənətkarın təbliğində önəmli rol oynaya bilər. Millət vəkilinin müqayisəsinə görə, prodüserlər yazıçı üçün nəşriyyat kimi bir şeydir.